ABŞ-ın üç universitetinin (Floridadakı Atlantika Universiteti, San-Dieqo Dövlət Universiteti və Vaydener Universiteti) alimlərinin apardığı araşdırma göstərib ki, 1973- 2014-cü illər arasında eynicinslilərin intim əlaqələri iki dəfə artıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, bu əlaqələrə ictimai rəğbət isə 4 dəfə çoxalıb.
Araşdırmaçılar 40 mindən çox adam arasında sorğu keçiriblər. Nəticədə məlum olub ki, öz həmcinsi ilə intim əlaqəyə girən kişilərin sayı 4,5 faizdən 8,2 faizə qədər artıb.
Qadınlar arasında isə bu göstərici də 3,6 faizdən artaraq 8,7-yə çatıb.