Modern.az

"Litvinenko Kremlin sifarişi ilə öldürülüb" - Keçmiş baş nazir

"Litvinenko Kremlin sifarişi ilə öldürülüb" - Keçmiş baş nazir

Dünya

2 İyun 2016, 15:01

Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun hesab edir ki, Federal Təhqiqat Bürosunun (FTB) sabiq əməkdaşı Aleksandr Litvinenkonun ölümünü Kreml təşkil edib. Modern.az xarici mediaya istinadən bildirir ki, britaniyalı siyasətçi hakimyyətdə olduğu dövrlə bağlı xatirələrinə həsr olunan kitab buraxıb.

Kitabda Litvinenkonun ölüm faktına da yer verilib. Braun iddia edir ki, FTB-nin keçmiş əməkdaşının 2006-cı ilin noyabr ayında Londonda radioaktiv polonium-210-la zəhərlənərək öldürülməsinin göstərişi yuxarıdan gəlib.

“Bizə aydındır ki, bu ölümün sifarişi yuxarıdan verilib. Biz açıq şəkildə başa düşürdük ki, Britaniya torpağında digər yeni ölümlər də mümkündür”, - siyasətçi kitabında vurğulayıb.

2007-ci ilin iyul ayında Skotlend-Yard iş adamı Boris Berezovskini öldürməkdən ötrü Londona göndərildiyi ehtimal edilən çeçeni həbs edib. Ancaq məlumatda qeyd edilir ki, Berezovski məhz Braunun yazdığı kimi ehtimal edilən həmin qatilin hədəfində olub ya yox, bilinmir. 

Keçmiş baş nazir hakim Robert Ouenin rəhbərlik etdiyi məhkəmənin Litvinenkonun ölüm faktı ilə bağlı araşdırmanın nəticəsindən razı qaldığını ifadə edib. Bundan əvvəl London Yüksək Məhkəməsinin hakimi Robert Ouen ümumi təhqiqatın nəticələrinə əsasən bu qənaətə gəlib ki, Litvinenkonun ölümündə Dövlət Dumasındakı deputat həmkarı Andrey Luqovoy və iş adamı Dmitri Kovtun təqsirkardırlar. Ouen həmin şəxslərin FTB-nin göstərişi ilə hərəkət etdiklərini, əməliyyata isə xüsusi xidmətin direktoru Nikolay Patruşevin və Rusiya prezidenti Vladimir Putinin xeyir-dua verdiklərini də mümkün variant kimi qeyd edib.

2000-ci ildə Böyük Britaniyaya qaçan Aleksandr Litvinenko 2006-cı ilin noyabr ayında ölüb. Onun vəziyyəti Luqovoy və Kovtunla görüşüb “Millennium” otelində birgə çay içdikdən sonra pisləşib. Britaniyanın Sağlamlığın Mühafizəsi Agentliyinin mütəxəssisləri keçmiş casusun orqanizmində kifayət qədər radioaktiv polonium aşkarlandığını iddia ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər