Modern.az

Ərdoğandan Almaniyaya ETİRAZ

Ərdoğandan Almaniyaya ETİRAZ

Dünya

2 İyun 2016, 17:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanımasına münasibət bildirib. Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, Keniyada olan Ərdoğan Almaniyanın addımının əlaqələrə ciddi təsir edəcəyini deyib.

“Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə münasibətlərinə ciddi şəkildə təsir edəcək. Ölkəyə qayıtdıqdan sonra necə addım atılacağı barədə müzakirə aparacağıq. Lazımi qərarlar verəcəyik.

Almaniya parlamenti qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Artıq Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu geri çağırılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər