Rusiya prezidenti Vladimir Putin ölkənin daxili işlər orqanlarında çalışan 5 generalı vəzifəsindən azad edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün verilən sərəncamla Moskva Daxili İşlər İdarəsinin Moskva Metropolitenindəki rəisi, general-mayor İqor Bokov, dövlətin müdafiəsi altında olan şəxslərin təhlükəsizliyindən cavabdeh olan Aleksandr Lebedev işdən çıxarılıb.
Bundan başqa, Daxili İşlər Nazirliyinin Baş idarəsində çalışan general-mayor İvan Birnik, Tomsk və Omsk vilayətləri üzrə idarə rəisləri, general-mayor İqor Mitrofanov və general-leytenant Yuri Tomçak işdən çıxarılıb.
Vüqar İsmayılov