Modern.az

Dünyanın ən yaxşı ölkələrinin adları AÇIQLANDI - SİYAHI

Dünyanın ən yaxşı ölkələrinin adları AÇIQLANDI - SİYAHI

Dünya

4 İyun 2016, 14:44

Dünyanın ən yaxşı ölkələrinin yer aldığı “The Good Country İndex” cədvəli tərtib olunub.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 163 ölkənin olduğu reytinqdə BMT və beynəlxalq təşlilatların hesabatları yer alıb.

İndeksdə təhlükəsizlik, elm, səhiyyə, iqlim və mətbuat azadlığı kimi müxtəlif kriteriyalar əsas götürülüb.

İndeksdə Azərbaycan 97-ci pillədə qərar tutub. Elm və texnologiya sahəsində ölkəmiz 120-ci, mədəniyyətdə 116-cı, beynəlxalq sülh və təhlükəsizlikdə 113-cü, iqlim şəraitinə görə 49-cu, səhiyyəyə görə 44-cü yerdə qərarlaşıb.

Qonşu ölkələrdən Rusiya 72-ci, Türkiyə 55-ci, Ukrayna 78-ci, Qazaxıstan 110-cu, Ermənistan 82-ci və Gürcüstan 45-ci yerdə qərar tutub.

Dünyanın ən yaxşı ölkəsi İsveç seçilib. Danimarka 2-ci, Hollandiya 3-cü, Böyük Britaniya 4-cü, Almaniya 5-ci, Finlandiya 6-cı, Kanada 7-ci, Fransa 8-ci, Avstriya 9-cu və Yeni Zelandiya 10-cu pillədə yer tutub.

“The Good Country İndex” indeksinin sonuncu pillələrində Mərkəzi Afrika Respublikası (160-cı), Mavritaniya (161-ci), Ekvatorial Qvineya (162-ci) və Liviya (163-cü) yer alıb. 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər