Modern.az

Mixail Şumaxerin oğlu “Formula-4” yarışının qalibi oldu

Mixail Şumaxerin oğlu “Formula-4” yarışının qalibi oldu

5 İyun 2016, 20:01

“Formula-1” yarışlarının yeddiqat çempionu Mixail Şumaxerin oğlu “Formula-4”ün iki yarışının qalibi olub.  Modern.az xarici mediaya istinadən bildirir ki, Mika Şumaxer hər dəfə poul-mövqeyində starta qoşulub və finişə qədər liderliyini qorumağı bacarıb.

Birinci yürüşü qırmızı bayraqlarla dayandırılsa da, lakin bu gənc yarışçıya ikinci qələbəsini qazanmağa mane olmayıb. Lauzitsprinqedəki ikinci yarış da insidentsiz ötüşməyib - yürüş təhlükəsizlik maşını tərəfindən neytrallaşdırılıb. Ancaq bu da Mika Şumaxer üçün problemə çevrilməyib, o 2016-cı ildə üçüncü qələbəsini qazanıb.

Xatırladaq ki, onun atası əfsanəvi Mixail Şumaxer 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən ciddi xəsarət alıb. O, hazırda evdə reabilitasiya dövrü keçirir.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər