Çinin Suning Commerce Group konsorsiumunun mətbuat xidməti İtaliyanın “İnter” futbol klubunun səhm nəzarət paketini aldığını elan edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bununla belə, alınan səhmlərin miqdarı açıqlanmır.
Qeyri-rəsmi məlumata görə, çinlilər səhmlərin 68,5 faizindən 78,5 faizinə qədər olan hissəsini əldə ediblər. İyunun 6-da keçirləcək mətbuat konfransında alqı-satqı haqda ətraflı məlumat veriləcəyi gözlənilir. Həmin tədbirdə İtaliya klubunun prezidenti Erik Tohir və vitse-prezident Vavyer Dzanetti iştirak edəcəklər.
Adıçəkilən konsorsium Çinin “Tzsyansu Sunin” klubunun da sahibidir.
Modern.az