Modern.az

Nazirə yumurta atdılar

Nazirə yumurta atdılar

Dünya

6 İyun 2016, 14:40

Fransanın iqtisadiyyat naziri Emmanuel Makrona nümayişçilər yumurta atıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, insident Montrey şəhərində, nazir Xalq cəbhəsi siyasi koalisiyasının 80 lliyinin şərəfinə buraxılan yeni poçt markasının təqdimatına gələndə baş verib.

Makron avtomobildən çıxanda həmkarların nümayəndələri “Get” qışqıraraq nazirə tərəf yumurta atıblar. Onlardan ən azı biri Makronun başına dəyib. Nümayişçilərin etirazının səbəbi hökumətin əmək qanunvericiliyinə planlaşdırdığı islahatla bağlıdır.

 

Fransada əmək islahatına qarşı etirazlar artıq bir neçə aydır davam edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər