Modern.az

İsrail paytaxtında terror – 9 yaralı

İsrail paytaxtında terror – 9 yaralı

Dünya

9 İyun 2016, 00:06

 

İsrailin paytaxtı Təl-Əviv şəhərinin turistlər tərəfindən sevilən rayonunda baş vermiş atışma nəticəsində bir neçə nəfər xəsarət alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail polisinin mətbuat katibi Miki Rozenfeld bildirib.

Onun sözlərinə görə, hadisə yerinə polis qüvvələri cəlb olunub, rayon giriş-çıxışa bağlanıb.

Telekanalların bildirdiklərinə əsasən, atışma Müdafiə Nazirliyi və Baş Qərargahın yerləşdiyi yerlə üzbəüz, «Sarona» ərzaq bazarının yaxınlığında qeydə alınıb.

Ən azı 9 nəfərin yaralandığı bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər