Modern.az

Təl-Əvivdəki terrorda 4 nəfər öldü

Təl-Əvivdəki terrorda 4 nəfər öldü

9 İyun 2016, 09:23

Təl-Əvivdə baş verən silahlı hücum nəticəsində ölən və yaralanalar olub.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Təl-Əvivin mərkəzində yer alan Sarona bölgəsində baş verib.

 

İsrail polisinin sözçüsü Miki Rosenfeld bildirib ki, silahlı iki nəfərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

O, deyib ki, xəstəxanaya qaldırılaraq müalicə altına alınan yaralıların bəzilərinin vəziyyəti ağırdır. M.Rosenfeld hadisə yerində olan polislərin, təcavüzkarları nəzarət altına aldığını söyləyib.

 

Polis sözçüsünün açıqlamasında, həmçinin hücumu həyata keçirdiyi iddiasıyla nəzarətə alınan iki nəfərin işğal altındakı İordan çayının cənubundakı Əl Xaliq şəhərində qeydiyyatda olan eyni ailədən 20 yaşlarında iki fələstinli olduğu bildirilir.

 

Digər bir məlumatda hadisədən sonra İsrailin Baş naziri Binyamin Netanyahunun Nazirlər Kabinetini fövqəladə toplantısını çağıracağı söylənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər