Bağdadın şərqində tördilən terror aktı zamanı 8 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əl-Cədidə rayonunda bomba yüklü avtomobilinin partlaması nəticəsində baş verib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Vüqar İsmayılov