Modern.az

ABŞ gecə klubuna hücumu terror elan etdi

ABŞ gecə klubuna hücumu terror elan etdi

Dünya

12 İyun 2016, 14:28

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda baş verən olayı Orlando polisi terror aktı adlandırıb.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Orlando şəhərinin polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında bildirib.

 

Gecə klubunda insanlar atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.

 

Qeyd edək ki, “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb, 42 nəfər yaralanıb.

 

İnsanlara atəş açan şəxs polislə atışma zamanı öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub. 

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər