İraq-Şam İslam Dövlətinin (İŞİD) internet saytında terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldüyü iddia edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda məlumatı ərəb mediası da yayıb.
Məlumatda qeyd edilir ki, terror təşkilatının lideri Əl Bağdadi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya hava hücumları zamanı öldürülüb. Ancaq koalisiya qüvvələri hələ ki bu haqda açıqlama yaymayıb. İŞİD-in internet saytında isə iddiaları təsdiq edən açıqlama yayılıb.
Həmin açıqlamada qeyd edilir ki, Əbubəkr əl-Bağdadi Ramazan ayınıın 5-ci günündə koalisiya təyyarələrinin Rakkaya doğru hücumunda ölüb.
Modern.az