İstanbul polisi Liviya diktatoru Müəmmər Qəddafinin xəncərini satmağı planlaşdıran türkiyəli biznesmeni yaxalayıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, fil sümüyü, qızıl və brilyantla bəzədilmiş xəncər diktator devrildikdən sonra ölkədən çıxarılmışdı.
Biznesmen yerli müxalifətçilərə 4,6 milyon dollar ödəyərək aldığı xəncəri Səudiyyə Ərəbistanından olan biznesmenə 10 milyona satmaq istəyərkən yaxalanıb.
Xəncərin qaçaqmalçılıq yolu ilə gətirilməsi təsdiq olunmaqla bərabər, onun gətirilməsinin beynəlxalq konvensiyaları pozduğu da bildirilib.
Vüqar İsmayılov