Modern.az

Türkiyədə növbəti terror aktı olub

Türkiyədə növbəti terror aktı olub

14 İyun 2016, 20:35

 

Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.  Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda isə terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər