Modern.az

Şəriət qaydası ilə sərnişin daşıyan şirkətə qadağa

Şəriət qaydası ilə sərnişin daşıyan şirkətə qadağa

14 İyun 2016, 21:24

Malayziya hakimiyyəti sərnişinlərə şəriət normaları ilə xidmət edən ilk hava şirkəti “Rayani Air”ə uçuşları reallaşdırmağı qadağan edib. Modern.az xarici mediaya istinadən bildirir ki, ölkənin mülki aviasiya nazirliyi üç ay davam edən istintaqdan sonra islam şirkətinin lisenziyasını ləğv edib.

Məlumatda qeyd edilir ki, bunun səbəbi “Rayani Air”in işində yol verdiyi nöqsanlardır. Daha doğrusu, söhbət uçuşların təhlükəsiz həyata keçirilməsi zamanı yol verilən pozuntulardan gedir.

“Rayani Air” ötən il dekabr ayında işə başlamışdı. Uçuş zamanı sərnişinlərə yalnız xüsusi yemək verilir, istənilən spirtli içki isə qadağan edilmişdi. Bundan əlavə, müsəlman styüardessalar mütləq hicablı olmalıydılar.

Hava şirkətinin parkında iki Boeing 737-400 var, 8 pilotu və 50 ekpaj üzvü işləyir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər