Modern.az

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

15 İyun 2016, 20:46

Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper Marseldə rusiyalı futbol azarkeşlərinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər.

Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən rusiyalı azarkeşlərin olduğu olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər