Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Tiflis şəhər məhkəməsində keçmiş deputat Valeri Gelaşvilinin döyülməsi faktı ilə bağlı keçirilən prosesdə ifadə verib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, keçmiş müdafiə naziri deputatın keçmiş prezident Mixail Saakaşvilinin sifarişi ilə döyüldüyünü bildirib.
İrakli Okruaşvili Mixail Saakaşvilinin Valeri Gelaşvilinin döyülmə əmrini onun və daxili işlər naziri Vano Merabişvilinin yanında keçirilən qapalı görüşdə verdiyini bildirib.
İrakli Okruaşvili prezident Saakaşvilnin Valeri Gelaşvilinin 2005-ci ilin 18 iyununda “Rezonansi” qəzetinə verdiyi müsahibədə onun haqqında sərt tənqidindən bərk qəzəbləndiyini, bu səbəbdən deputatındöyülməsi əmrini verdiyini ifadə edib.
Qeyd olunur ki, Valeri Gelaşvili 2005-ci ilin iyulun 14-də Tiflisdə döyülüb.
Məhkəmə sənədlərində xüsusi təyinatlıların deputatın maşınını Kür çayının sahilində saxlayıb, onu zorla maşından çıxardıqdan sonra döydüyü bildirilir.
Bundan əvvəl məhkəmə deputatın döyülməsinə Gürcüstan Daxili İşlər Naziriliyinin xüsusi təyinatlı dəstəsinin idarə rəisi Erekle Koduanın rəhbərlik etdiyini müəyyən edib.
Erekli Kodua 4 il əvvəl Gürcüstanı tərk edib. Onun haqqında Gelaşvilinin döyülmə faktı ilə bağlı qiyabi ittiham var.
Modern.az