Modern.az

İran ABŞ-ı 2 milyarda görə məhkəməyə verdi - QALMAQAL

İran ABŞ-ı 2 milyarda görə məhkəməyə verdi - QALMAQAL

16 İyun 2016, 11:00

İran ABŞ-ı Beynəlxalq məhkəməyə verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım İrana məxsus 2 milyard dollarlıq dondurulmuş bank hesabının ABŞ tərəfindən qaytarılmamasına görə baş verib.

 

Amerika məhkəməsinin qərarına əsasən, İrana məxsus həmin vəsait 1983-cü ildə Beyrutda baş verən terror aktında ölən amerikalıların ailələrinə veriləcək.

 

İranın xarici işlər naziri Cvad Zərif də Tehranın Vaşinqtona qarşı iddia qaldırdığını təsdiqləyib.

“Biz amerikalıların qanunları pozduğun bütün dünyaya göstərəcəyik”.

 

ABŞ tərəfi 1983-cü ildə Beyrutda 281 amerikalı hərbi qulluqçunun həlak olduğu hücuma görə İranı məsuliyyətli bilir.

 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər