Çin Fövqəladə Hallar Nazirliyi ölkənin cənub bölgələrindəki şiddətli yağmurlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində 25 nəfərin öldüyünü və 6 nəfərin isə itkin olduğunu açıqlayıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Çinin cənub bölgələrdəki 10 əyalətində 4 milyona yaxın adamın şiddətli yağmurlarda ziyan gördüyü, 33 min 200 nəfərin yer dəyişdirdiyi bildirilir.
Həmçinin, 20 min hektar əkin ərazisinin zərər gördüyü, 1700 evin yıxıldığı və 700 evə ziyan dəydiyi, ümumilikdə isə iqtisadi itkinin 42 milyon dollar olduğu vurğulanır.
Bölgədə itkinlər üçün axtarış işləri davam edir...
Mirmahmud KAZIMOĞLU