Modern.az

İran XİN-də kadr DƏYİŞİKLƏRİ

İran XİN-də kadr DƏYİŞİKLƏRİ

20 İyun 2016, 11:53

İran Xarici İşlər Nazirliyinə yeni sözçü, mətbuat katibi və İctimai Diplomatiya Mərkəzinin sədri təyin edilib.

 

Modern.az-ın İRNA-ya istinadən verdiyi xəbər görə, Behram Qasimi yeni vəzifədə Hüseyn Cabiri-Ənsarinin yerini tutub.

 

Hüseyn Cabiri-Ənsari İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin ərəb və Afrika ölkələri ilə iş üzrə müavini təyin olunub.

Ənsari əvvəllər NazirliyinYaxın Şərq və Fars Körfəzi Araşdırmaları Qrupunun rəhbəri, Yaxın Şərq və Şimali Afrika Baş İdarəsinin rəisi, İranın Liviyadakı Səfiri və sonda isə Xarici İşlər Nazirliyi Mətbuat və Dövlət Diplomatiyası Mərkəzinin Sədri vəzifələrində çalışıb.

Əvvəllər bu vəzifəni tutmuş Hüseyn Əmir Abdullahian isə xarici işlər nazirinin müşaviri vəzifəsinə gətirilib.

 

Qeyd edək ki, yeni mətbuat katibi Behram Qasimi əvvəllər İranın İrlandiya, İtaliya və İspaniya ölkələrində səfiri və Xarici İşlər Nazirliyin Ümumi şöbəsinin müdiri vəzifəsində çalışıb. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər