Türkiyədə azərbaycanlı həlak olub.
Modern.az-ın Türkiyə KİV-nə istinadın verdiyi xəbərə görə, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Tikintidə fəhlə işləyən 39 yaşlı azərbaycanlı Niyazi Mürtəzaəli oğlu Əliyev tikinti gedən binanın 7-ci mərtəbəsindən yıxılaraq həlak olub
Faktla bağlı yerli prokurorluqda cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.
Ağa AKİFOĞLU