Modern.az

İldırım ÇAXDI: 300 qoyun tələf oldu - FOTO

İldırım ÇAXDI: 300 qoyun tələf oldu - FOTO

Dünya

21 İyun 2016, 16:05

Qırğızıstanda maraqlı hadisə baş verib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Cəlilabad vilayətinin Aksıysk rayonundakı örüşlərdən birinə ildırım düşməsi nəticəsində 300 qoyun tələf olub.

 

Baş çobanın sözlərinə görə,  600 qoyunu yeni otlaq sahəsinə apararkən ildırım sürünün ortasına düşüb.

 

Nəticədə, 120 qoyun yerindəcə ölüb, daha 165 qoyun isə qorxudan özlərini sərt qayadan ataraq tələf olub.

 

Yerli xilasedicilər qoyunların cəsədlərini axtarmağa başlayıb.

 

Sürünün Taş-Kumır şəhərindən olan fermerlərə məxsus olması ortaya çıxıb.

 

Fermerlər çobandan şikayətçi olmadıqlarını və baş verən hadisənin təbiətin qəzəbi olduğunu deyiblər.

 

Qırğız jurnalistlər tələf olmuş qoyunların bir qisminin fotosunu yayımlayıb.

 

Vüqar İsmayılov

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər