Liviyanın qərbində yerləşən Qarabili şəhərində döyüş sursatları satılan mağazada partlayış olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 20 nəfər dünyasını dəyişib. Partlayış zamanı daha 30 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.
Modern.az