Modern.az

Ailəsini güllələyib Meksikaya qaçan kişi tutuldu

Ailəsini güllələyib Meksikaya qaçan kişi tutuldu

21 İyun 2016, 22:56

ABŞ-da öz ailəsini öldürüb Meksikaya qaçan kişi Sonora ştatında saxlanılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, onun həbsi İnterpolun sorğusu əsasında aparılıb, indi onun ABŞ-a ekstradisiya təhlükəsi var.

Şübhəli Xuan Vileqas ehtiyatsızlıqdan özünə xəsarət yetirdikdən sonra yaralı vəziyyətdə sığındığı Ermosilyo şəhərinin hospitalında yaxalanıb.

O, Nyu-Meksikodakı evində arvadını və 4 qızını güllələdikdən sonra qonşu ölkəyə qaçıb. Polisdən verilən məlumata görə, Xuan ailəsini qətlə yetirdiyini kamera ilə çəkib, sonradan avtomobili ilə naməlum istiqamətə gedib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər