Liviyanın Qarabulli şəhəri yaxınlığında silah-sursat anbarında partlama meydana gəlib.
Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, partlayış yerli xalqın kampa girdiyi vaxt yaşanıb.
Hadisə nəticəsində ən az 28 nəfərin öldüyü bildirilib. Partlayışa səbəb isə anbar ərazisində silahlı atışma olub.
Partlamadan zərər görən Qarabulli şəhəri Trablusun 50 kilometr şərqində yerləşir.
Qafar Ağayev