Modern.az

Keçmiş məhbus Savçenko prezident olmaq iddiasındadır

Keçmiş məhbus Savçenko prezident olmaq iddiasındadır

22 İyun 2016, 13:27

Ukraynanın xalq deputatı, yaxınlarda Rusiyada həbsdən buraxılan Nadejda Savçenko indi seçki keçirilərsə, prezident seçiləcəyinə əmindir. Modern.az bildirir ki, o, bu haqda xarici mediaya müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər xalq onu dövlət başçısı postunda görmək istəyərsə, prezidentlik yükünü öz üzərinə götürməyə hazırdır.

“Əgər lazımdırsa olacağam. Əgər xalq “lazımdır” desə, əsgər “oldu” deyəcək. Heç bir qorxu, Heç bir qorxu, heç bir problem, heç bir istək yoxdur”, Savçenko vurğulayıb.

Jurnalistin “prezident seçilməyiniz ehtimalı nə qədərdir” sualına deputat belə cavab verib: “Əgər bu gündən söhbər gedirsə, 100 faiz əminəm. Əgər sabah olarsa, baxarıq”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər