ABŞ-ın Vaşinqton ştatının Olimpiya şəhəri yaxınlığında naməlum şəxs üç nəfəri güllələyərək öldürüb, bir nəfər yaralanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və iki kişi öldürülüb, bir kişi odlu silah yarası alıb. Məhz sonuncu şəxs hadisə yerinə polis çağırıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti stabildir. Asayiş keşikçiləri hələ ki, şübhəli şəxsi yaxalaya bilməyiblər.
Modern.az