Modern.az

Türkiyə də Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirə bilər

Türkiyə də Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirə bilər

23 İyun 2016, 15:08

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirilə biləcəyini istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan yerli jurnalistlərə açıqlamasında deyib.

“Narahat olmayın, biz də britaniyalılar kimi edərik. Referendum təşkil edib xalqdan soruşacayıq: Avropa Birliyinə üzvlük haqqında danışıqları davam etdirəkmi? Xalq hə desə, üzvlük prosesini davam etdirəcəyik”.

 

Türkiyə prezidenti əhalisinin əksəriyyəti müsəlman olduğu üçün ölkəsinin Brüssel tərəfindən üzvlüyə qəbul olunmadığını deyib.

“Bizi Avropa Birliyinə ona görə qəbul etmirlər ki, əhalinin əksəriyyəti müsəlmandır. Fransanın keçmiş xarici işlər nazirlərindən biri mənə açıqca demişdi ki, “Türkiyə boş yeri Avropa Birliyinin qapısında durur. Siz müsəlmansınız”.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da ölkəsinin məsələ ilə bağlı referendum keçirə biləcəyini inkar etməyib.

 

Vüqar İsmayılov

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər