Modern.az

Sui-qəsdə məruz qalmış ABŞ prezidentləri - SİYAHI

Sui-qəsdə məruz qalmış ABŞ prezidentləri - SİYAHI

23 İyun 2016, 15:55

Dünya tarixinə nəzər yetirən zaman məlum olur ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerika Birləşmiş Ştatlarıdır.

Ötən gün bu ölkənin prezidentliyə namizəd siyasətçisi Donald Tramp son anda 18 yaşlı Britaniya vətəndaşının sui-qəsd planından qurtuldu.

 

Modern.az saytı ABŞ tarixində Amerika prezidentlərinə qarşı baş verən sui-qəsd hücumlarının xronologiyasını təqdim edir.

 

Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson olub. Hadisə 1835-ci il yanvarın 30-da Kapitoli binasının yaxınlığında baş verib. Naməlum şəxs atəş açmaq üçün prezidentə yaxınlaşan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal  yaxalanıb. O, ifadəsi zamanı prezidenti məhz işsiz qaldığı üçün öldürmək istədiyini bildirib.

 

1865-ci  aprelin 12-də ildə prezident Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. 

Həmin gecə onunla birlikdə köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolna olan sui-qəsdin sirri ancaq 1961-ci ildə açılıb. 

 

Ceyms Abram Qarfild 1881-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə ABŞ-ın 20-ci prezidenti seçilmişdi.

Vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib. Güllə yarasının qan zəhərlənməsinə səbəb olması nəticəsində Qarfild həyatını itirib.

 

ABŞ-ın 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib. Dallas şəhərinə səfər edən zamanı günorta saat 12:30-da snayper tüfəngindən iki dəfə atəş açılır. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışıblar. Lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir.

Bütün hadisəni Abraham Zapruder adlı Dallas sakini kameraya çəkmişdi. Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olundu və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürüldü.

 

13 Aprel 1993-cü ildə Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin adamı olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub. Küveyt polisi təcavüzə son anda mane ola bilir.

 

1933-ci ilin fevral ayının 15-də vəzifəyə başlamasına 1 ay qalmış Cüzeppe Zanqara adlı anarxist Florida ştatında prezident Franklin Ruzveltin çıxışı zamanı ona qarşı sui-qəsd etmək istəyib. Zanqaranın boyu çox qısa olduğundan açdığı atəş hədəfə dəyməyib. Amma atəş nəticəsində Çikaqonun meri Entoni Çermak ölümcül yaralanıb.

 

Oğul Corc Buş Amerika prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub. İlk hadisə 2001-ci fevralın 7-də Ağ Evin qarşısında baş verib. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, lakin məqsədinə nail ola bilməmişdi.

 

Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməni əsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından tutulub.

 

2008-ci il avqustun 24-də isə Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 ağdərili irqçi həbs olundu. Onlar Demokratların sonradan prezident seçilən namizədi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılmışdılar.

 

2009-cu il iyunu 10-da isə 88 yaşlı Ceyms Von Bruni adlı cinayətkar Vaşinqtondakı Soyqırım Anma Muzeyində təhlükəsizlik işçisini silahla öldürmüşdü. Tutulduqdan sonra ifadəsində Obamanı ABŞ-ın problemlərində ittiham edən Bruni məhkəmə prosesi tamamlanmadan həbsxanada ölüb.

 

ABŞ-da son sui-qəsd hadisəsi 2016-cı il iyunun 21-də prezidentliyə namizəd Donald Trampa qarşı edilib.

Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman  mühafizə xidmətinin əməkdaşının silahını götürməyə cəhd edib. Lakin şon anda tutulub. O, silahı Donald Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib. Araşdırmalar nəticəsində Maykl Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. Onu 10 ilə yaxın həbs cəzası gözləyir. 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər