“Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq, Dağlıq Qarabağ münaqişəsinin həllini öz əlində cəmləməsi ilə bağlı arqumentlər əsassızdır”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Peterburqda baş tutan görüş bunun əsassız şayiə olduğun göstərdi. Belə formata tərəflər əvvəllər də müraciət edirdi. Bütün proseslər ATƏT-in digər iki həmsədr ölkəsi ilə əlaqədə aparılmışdı”.
Zaxarova bütün tərəflərin Peterburq görüşündən razı halda ayrıldıqlarını deyib.
Vüqar İsmayılov