Modern.az

Barak Obama basketbol klubu alır

Barak Obama basketbol klubu alır

23 İyun 2016, 18:08

ABŞ prezidenti Barak Obama Milli Basketbol Assosiasiyasından klub almaq üçün məsləhətləşmələr aparır. Modern.az xarici mediaya istinadən bildirir ki, dövlət başçısı komandanın tək sahibi olmaq yox, sahibkarlar qrupuna daxil olmaq niyyətindədir.

Klubun adı hələ ki açıqlanmır. “Mən öz komandamı yığmaq imkanları barədə düşünürdüm ki, bu mənə nə qədər həzz gətirə bilər. Düşünürəm ki, bu əla olardı”, - Obama əvvəlki müsahibələrindən birində deyib.

Amerikanın lideri 2017-ci ilin yanvar ayında prezidentlik səlahiyyəti başa çatandan sonra öz hobbisi ilə məşğul olmaq niyyətindədir. Onun Chicago  klubunun pərəstişkarı olduğu da bəllidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər