Modern.az

“Dağlıq Qarabağın xalqının səsini təmin etməliyik” - amerikalı həmsədr

“Dağlıq Qarabağın xalqının səsini təmin etməliyik” - amerikalı həmsədr

23 İyun 2016, 20:07

“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xalqın mövqeyinin təmsil olunması vacibdir. Ona görə də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə mütəmadi olaraq görüşür. Biz hərtərəfli  həlli çərçivəsində Dağlıq Qarabağın xalqının səsini təmin etməliyik”. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik erməni mətbuatına müsahibəsinə bildirib.

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə Dağlıq Qarabağın qondarma rejiminin danışıqlar prosesinə cəlb edilməsinə cəhdlər olunub.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri  İqor Popov də oxşar açıqlama ilə çıxış etmişdi.

"Biz dəfələrlə demişik ki, müəyyən mərhələdə Qarabağ heç zaman iştirak etmədiyi danışıqlar prosesinə qatılmalıdır. Düşünürük ki, sülh sazişinin hazırlanmasına keçid rolunu oynayacaq çərçivə sazişinin bağlanması çıxış nöqtəsi (Qarabağın danışıqlarda iştirakı üçün) ola bilərdi", - deyə Popov jurnalistlərə açıqlamasında bildirib.

Qarabağın istənilən statusla Azərbaycanın tərkibinə daxil edilməsinin qeyri-mümkünlüyü barədə suala cavab verən Popov qeyd edib ki, bu, "danışıqların predmetidir".

İqor Popov həmçinin Qarabağ münaqişənin həlli yeni sənədin olmadığını bildirib. "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar stolunda heç bir yeni sənəd yoxdur. Həmsədrlərin təklifləri var. Amma tərəflər bunu müzakirə edilirdilər", — deyə Popov bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər