Benqazidəki Celaa xəstəxanası qarşısında bomba yüklənən avtomobil partlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 4 nəfər ölüb, 14 nəfər də yaralanıb.
Xəstəxananın sözçüsü Fadiya əl-Bergusi bomba yüklü bir maşının xəstələri ziyarətə gələnlər üçün nəzərdə tutulan girişində partladıldığını söyləyib. Partlayışda həlak olan dörd nəfərin kimliyi ilə bağlı bir məlumat yoxdur.
Sözügedən xəstəxanada Ensaruş İordan təşkilatı ilə girdikləri toqquşmalarda yaralanan Tobruk Nümayəndələr Məclisinin sadiq əsgərləri də müalicə alır.
Benqazidəki hadisə yerini monitorinq idarəsinin mətbuat katibi Vəlid əl-Arafi isəpartlayışın arxasında hökumət qüvvələrinin Bengazinin bəzi bölgələrində sıxışdırdığı terror təşkilatı İraq-Şam İslam Dövləti və Ensaruş İordan kimi qrupların olduğunu iddia etsə də, təfərrüatlarını açıqlamayıb.
Benqazi 2014-cü ildən bu yana Tobruk hökumətinə bağlı birliklər, Ensaruş İordan və İŞİD başda olmaq üzrə müxtəlif qruplar arasındakı qarşıdurmalara səhnə olur.
Modern.az