Modern.az

Messi Argentina millisindən imtina etdi

Messi Argentina millisindən imtina etdi

27 İyun 2016, 10:38

Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə Messi Amerika kubokunun dünənki final oyunundan sonra mətbuata açıqlamasında deyib.
“Mənim milli komandadakı karyeram bitdi. Bu, mənim yığma komanda ilə məğlub olduğum ümumilikdə dördüncü, ardıcıl isə üçüncü finaldır”.

Yığmadan getmək istədiyini deyən kapitan “mən qərarımı artıq vermişəm” söyləyib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi