Modern.az

Putin Türkiyəyə başsağlığı verdi

Putin Türkiyəyə başsağlığı verdi

29 İyun 2016, 13:23

Rusiya prezidenti Vladimir Putin ötən gecə İstanbulda törədilən terror aktının çoxsaylı ölümlə nəticələnməsinə görə Türkiyə xalqına başsağlığı verib.


Modern.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, rus və alman məktəbliləriylə görüşdə Putin terroru pisləyib, İstanbulda həlak olanların yaxınlarının dərdinə şərik olduqlarını vurğulayıb.


Xatırladaq ki, ötən gecə Atatürk Hava Limanında törədilən teraktlar nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.


Modern.az

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər