Mühafizəkarlar partiyasının başçısı və Böyük Britaniyanın baş naziri 26 il sonra yenidən qadın olacaq. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu bu gün partiyanın seçimi üzrə kampaniyanın iki finalçısını müəyyənləşdirməli olan mühafizəkar-deputatların səsverməsinin baş tutan ikinci mərhələsinin nəticələri göstərib.
Nəticədə bu iki nəfər DİN-in başçısı Tereza Mey və Energetika və İqlimin Dəyişməsi Nazirliyi başçısının müavini Andrea Lidsom olublar.
Mey həmpartiyaçılarının 199, Lidsom isə 84 səsini toplayıb. Torilərin hazırda hakimiyyətdə olduğu nəzərə alınsa, söhbət yalnız partiya rəhbərinin yerindən deyil, həm də Birləşmiş krallığın baş nazir postundan gedir.
İndi partiya və dövlət başçısının taleyini artıq İcmalar palatasında torilər fraksiyasının 331 deputatı deyil, Mühafizəkarlar partiyasının poçt vasitəsilə səs verəcək 150 min üzvü həll edəcək. Yeni hökumət başçısının adı sentyabrın 9-dək səsləndirilməlidir.
Qeyd edək ki, buna qədər Britaniyada bu vəzifəyə cəmi bir dəfə qadın seçilib – Marqaret Tetçer (1925-2013). O hökuməti 1979-cu ildən 1990-cı ilə qədər idarə edib.
Modern.az