İŞİD İraqın Səlahəddin vilayətində yerləşən Seyid Məhəmməd İbn Əli Əl Hadi türbəsinə hücum edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum şiə ziyarətçiləri ilə dolu olan türbəyə gecə yarısı silahlı hücum edilməklə gerçəkləşdirilib.
Hücumda 5 canlı bomba iştirak edib. Partlayış nəticəsində qeyri-rəsmi məlumatlara görə 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Qafar Ağayev