Modern.az

NATO-nun kritik Varşava sammiti işinə BAŞLAYIR

NATO-nun kritik Varşava sammiti işinə BAŞLAYIR

Dünya

8 İyul 2016, 16:36

Bu gün Polşa paytaxtı Varşavada NATO sammiti öz işinə başlayır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sammitin gündəliyində Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir çox önəmli məsələlər dayanır.

 

Baş katib Yens Stoltenberqin sözlərinə görə, NATO sammitinin əsas mövzuları “alyansın təhlükəsizliyinin və müdafiə sisteminin proeksiyası olacaq”.

 

Yekun kommunikedə Qarabağ münaqişəsi və Əfqanıstandakı siyasi-hərbi situasiyaya qiymət veriləcək.

 

Bu gün Varşava Ekspert Forumunda NATO-nun Rusiya ilə sərhəddə 4 yeni batalyon yerləşdirəcəyi elan olunacaq. Batalyonlar Latviya, Litva, Estoniya və Polşada yerləşdiriləcək. Bundan başqa, Rumıniyada əlavə briqadanın formalaşması da başlanacaq.

 

“Biz öz hərbi gücümüzü Baltikyanı ölkələrdə və Polşada gücləndiririk. Amma bunu Rusiyanın Ukraynadakı addımlarına görə edirik. Krımın qanunsuz ilhaqında qədər bu barədə müzakirə aparmırdıq”.

 

Rəsmi Moskva artıq bu addımlara adekvat reaksiya verəcəyini deyib.

 

Xatırladaq ki, iyulun 8-9 tarixlərində keçiriləcək Varşava sammitində 19 prezident, 21 baş nazir, 41 xarici işlər və 39 müdafiə naziri iştirak edəcək.

 

 

Vüqar İsmayılov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər