İyulun 8-də gecə Dallasda etiraz aksiyası zamanı polislərə atəş açılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, cvinayətkar asayiş keşikçilərindən 5-ni öldürüb (3-ü hadisə yerində, ikisi isə aldığı yaralardan hospitalda keçinib), 6 nəfəri yaralayıb.
Polis şübhəlini yeraltı avtomobil dayancağına sıxışdırıb və orada atışma başlayıb. Əlavə itkiyə yol verməməkdən ötrü uzaqdan idarə edilən robot-istehkamçı istifadə edilib. O, partlayıcı qurğunu hərəkətə gətirərək cinayətkarı məhv edib.
Dallas polis departamentinin rəhbəri Devid Braunun sözlərinə görə, polisin başqa seçimi olmayıb.
Modern.az