Modern.az

NATO Baltikyanı ölkələr və Polşada 4 tabor yerləşdirir

NATO Baltikyanı ölkələr və Polşada 4 tabor yerləşdirir

8 İyul 2016, 22:04

“NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib. Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

Y.Stoltenberqin sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək: “Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya  Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək”.

Qeyd edək ki, iyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər