Modern.az

Dünyanın ən pis valyutası

Dünyanın ən pis valyutası

8 İyul 2016, 23:34

Funt sterlinq dollara düşməsinə görə Argentina pesosunu ötüb 31 dünya valyutası arasında siyahıda sonuncu yeri tutub. Modern.az bildirir ki, bu haqda  “Bloomberg”  məlumat yayıb.

Britaniya valyutası krallığın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra üç həftədir dayanmadan dəyərini itirir. İlin əvvəlindən Britaniya valyutası dollara nisbətdə 13 faizdən çox ucuzlaşıb.

“Funt sterlinq artım perspektivləri və investisiya qoyuluşlarında qeyri-müəyyənliyə görə düşəcək”, - Londonda Societe Generalenin iqtisadçısı Kit Juckes bəyan edib.

Bu gün axşam saatlarında olan məlumata görə, Britaniya valyutası 1,294 dollar olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər