Modern.az

Vyetnamda qorxudan 44 il cəngəllikdə yaşayan ailə tapıldı

Vyetnamda qorxudan 44 il cəngəllikdə yaşayan ailə tapıldı

9 İyul 2016, 11:57

1972-ci ildə ABŞ təyyarələrinin bombardmanlarından qorunmaq üçqn Vyetnamın Kuanqnqay əyalətindəki cəngəlliyə sığınan ata və oğul oradan çıxaraq sosiallaşmağa başlayıblar. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kişilər özləri hazırladıqları yaşayış yerində qalıblar, ot, meyvə, bal və heyvan əti ilə qidalanıblar.

Onlar 2012-ci ildə meşədə aşkarlansalar da, amma adi yaşayış mühitindən kənara çıxmağa cürət etməyiblər. Sivil cəmiyyət arasına çıxmanın səbəbi isə 80 yaşlı atanın səhhətindəki problem səbəbindən tibbi yardım göstərilməsi ehtiyacı olub. Gizlənənələrin sözlərinə görə, buna qədər onların tibb işçilərinə ehtiyacları olmayıb, yalnız oğulun hərdən mədəsi ağrayıb. Onlar artıq həm tibbi, həm də psixoloji müayinədən keçiblər.

Filippində də buna bənzər hadisə olub. Yaponiya ordusunun 1922-ci il təvəllüdlü zabiti Xiro Onoda İkinci dünya müharibəsi başa çatandan sonra cəngəllikdə yaşayıb. Onoda bir neçə dəfə yerli polis patrulu ilə atışsa da, bir dəfə olsun tutula bilməyib. O, cəngəllikdən ancaq birbaşa komandiri mayor Taniquti xahiş edəndən sonra çıxıb. Onodanı Filippin hökuməti əfv edib.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər