Moskva iki amerikalı diplomatı persona non qrata elan edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Rebrov rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibətini açıqlayarkən bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın dostcasına olmayan addımının ardınca Moskva tərəfi də bu ölkənin səfirliyinin iki əməkdaşının göndərilməsinə qərar verib. Onlar diplomatik statusla üst-üstə düşməyən fəaliyyətlərinə görə “persona non qrata” elan ediliblər.
“Bunlardan biri elə Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatçısı, biri də gecə xuliqanıdır”, - Ryabov deyib.
Bundan əvvəl ABŞ iki rusiyalı diplomatı Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının iştirakı ilə Amerikanın Moskvadakı səfirliyinin yaxınlığında baş verən qalmqala görə ölkədən çıxarıb. Amerika tərəfi iddia edir ki, onların diplomatları səfirliyin rusiyalı mühafizəçiləri tərəfindən döyülüblər.
Rusiya tərəfi isə iddia edir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı taksidən düşüb buraxılış vərəqəsi göstərmədən sifətini gizlədərək səfirliyə girməyə cəhd göstərib. Nəticədə onunla polis arasında çəkişməyaranıb. Bu zaman amerikalının rusiyalı qanun keşikçisinin sifətinə yumruqla zərbə vurduğu iddia edilir.
Modern.az