Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə V.Putin münaqişələrin nizamlanmasında Rusiya Federasiyası və ABŞ-ın qarşılıqlı səylərini qeyd edib.
C.Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək.
Rusiya Federasiyası rəsmiləri hesab edirlər ki, C.Kerrinin səfəri Rusiya-ABŞ münasibətlərinin yaxşlaşmasına xidmət edəcək.
Modern.az