Modern.az

Fransadakı terrorda ölü sayı 84-ə çatdı

Fransadakı terrorda ölü sayı 84-ə çatdı

Dünya

15 İyul 2016, 09:44

Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.  

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi bildirib. Yaralıların sayının isə 100 nəfərdən çox olduğu qeyd edilir. Onlardan 18 nəfərin vəziyyəti çox ağır qiymətləndirilir. Bu səbəbdən ölü sayının artacağı istisna deyil.


Yayılan bəzi məlumatlarda hadisənin “İslam dövləti” (İŞİD) terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

Qeyd edək ki, ötən gecə Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.  

 

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb. 

 

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb. 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər