Modern.az

Putindən Fransadakı terrora REAKSİYA

Putindən Fransadakı terrora REAKSİYA

15 İyul 2016, 11:44

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollanda Nitsa şəhərində törədilmiş terrorla bağlı teleqram göndərib.

 

Modern.az saytı Rusiya KİV-nə istinadla xəbər verir ki, Putin terrorun Fransanın Milli bayramı günündə törədilməsinin xüsusi qəddarlıq olduğunu qeyd edib. O, hadisənin amansızlığından təsirləndiyini bildirib. 

 

Putinin bildirdiyinə görə, insan əxlaqı terrorizmə yaddır. Kreml başçısı bildirib ki, bu böyük şər üzərində qələbə çalmaq üçün bütün bəşəriyyət birləşməlidir.

 

Nitsadakı terror aktı nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

 

Aqşin Kərimov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər