Modern.az

Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu

Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu

15 İyul 2016, 18:49

Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko bu ölkənin milli komandasının baş məşqçisi təyin olunub. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, 39 yaşlı mütəxəssislə 2+2 illik müqavilə imzalanıb.

Ukrayna millisinin baş məşqçisi Mixail Fomenko Fransada iyunun 10-dan iyulun 10-dən keçirilən Avropa çempionatındakı uğursuz çıxışdan sonra istefa verib.

Şevçenko Ukrayna Qəhrəmanıdır, 2004-cü ildə “Qızıl top” mükafatını da alıb. O, Kiyevin “Dinamo” komandasından sonra İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında da oynayıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər