Modern.az

Donald Tramp vitse-prezidentin adını açıqladı

Donald Tramp vitse-prezidentin adını açıqladı

15 İyul 2016, 21:29

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp vitse-prezident postuna İndiana qubernatoru Mayk Pensin namizədliyini irəli sürüb.  Modern.az saytı xəbər verir ki, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Məmnunluqla bildirirəm ki, qubernator Mayk Pensi vitse-prezident postuna namizəd seçdim. Bununla bağlı mətbuat konfransı keçiriləcək”, D.Tramp yazıb.

Qeyd edək ki, tanınmış radio-aparıcı və siyasətçi, irland əsilli Mayk Pens 2010-cu ildə İndiana ştatının qubernatoru seçilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər