Modern.az

“Terroru törədən şəxs radikal islamçılarla əlaqəli olub” -  Baş nazir

“Terroru törədən şəxs radikal islamçılarla əlaqəli olub” -  Baş nazir

15 İyul 2016, 23:09

Nitsada terror aktını törədən şəxs radikal islamçılarla əlaqəli olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Fransa baş naziri Manuel Vals “France 2” telekanalına müsahibəsində deyib.

“Terrorçu, şübhəsiz ki, radikal islamçılarla əlaqəli olub. Fransa bu müharibədə mütləq qalib gələcək. Lakin ölkədə terror aktlarının baş verməsi bundan sonra da mümkündür”, deyə M.Vals bildirib.

 Qeyd edək ki, iyulun 14-ə keçən gecə Nitsa şəhərində Tunis əsilli Məhəmməd Buhlelin idarə etdiyi yük avtomobili milli bayram münasibətilə təşkil olunan atəşfəşanlığı izləyən kütlənin içərisinə daxil olub. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər